ASAN müraciət

ASAN müraciət informasiya sistemi

Developer: ASAN

Category: Social (app)

About

“ASAN müraciət” informasiya sistemi (AMİS) Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli sərəncamına əsasən yaradılmışdır. Sistem ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edir. Həmin Sərəncamın 3.1-ci bəndinə müvafiq olaraq AMİS–in formalaşdırılması, infrastrukturunun qurulması və sistemin idarəetmə işinin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. AMİS-in fəaliyyəti istifadə rahatlığı, sərbəstlik və fasiləsizlik, funksionallıq və davamlı inkişaf, operativlik, şəffaflıq prinsipləri əsasında həyata keçirilir: AMİS Azərbaycan Respublikasının mülkiyyətidir.

Details

More in Social

ilovalar.com for Android